Hərbi hissənin qərargah rəisinin avtomobili partlayıb

...Rostov vilayətində hərbi hissənin qərargah rəisinin avtomobili partlayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “112” Telegram kanalı yazıb.

Hadisə şahidinin çəkdiyi kadrlarda alov içində olan avtomobil və səmaya qalxan qatı qara tüstü sütunu görünür.

Telekanalın məlumatına görə, hərəkət zamanı nəqliyyat vasitəsi tüstülənməyə başlayıb. Zabit cəld kabinəni tərk edib. Və bundan dərhal sonra partlayış baş verdi.

İlkin məlumata görə, sürücü əsgər xəsarət almayıb. Təhlükəsizlik qüvvələri baş verənlərin əsas versiyalarından birinin qaz avadanlıqlarının nasazlığı olduğunu düşünür.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə