"Ölmək üçün" 5 il idi ki, "müraciət edirdi"...

Peruda ilk dəfə evtanaziya həyata keçirildi

Cənubi Amerika ölkəsi Peruda ilk dəfə olaraq degenerativ xəstəliyi olan şəxs evtanaziya olundu.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, 12 yaşından bəri əzələ ağrısı - polimiyozitdən əziyyət çəkən və müalicəsi mümkün olmayan 47 yaşlı Ana Estradanın evtanaziya tələbini Peru Ədalət Məhkəməsi təsdiq edib.

Vəkili Josefina Miro Quesada bildirib ki, Estrada tibbi evtanaziya prosedurunu qəbul edib və öz iradəsi ilə həyatla vidalaşıb. Bununla degenerativ xəstəlikdən əziyyət çəkən şəxs ölkə tarixində ilk dəfə evtanaziya edilib.

Ana Estrada özünün dediyi kimi, 5 ildir "ləyaqətli ölüm hüququ" uğrunda mübarizə aparırdı və istəklərinə uyğun evtanaziya olunub.

Ailəsi “Ananın səsini dinləyən, mübarizəsində onun yanında olan, qərarını qeyd-şərtsiz dəstəkləyən hər kəsə minnətdar olduqlarını” bildirib.

Ana Estrada 2024-cü il 22 yanvar açıqlamasında demişdi: "Ağrılarımın ilk günlərindən istəyim bu idi. Həyatımın sonunu əziyyət çəkmədən və narahat olmadan bitirmək üçün bu qərarın çıxmasına ehtiyacım var idi".

Qeyd edək ki, son günlərini süni nəfəs aparatı ilə yaşayan Ana Estradanın evtanaziya qərarı 27 iyul 2022-ci ildə Peru Ali Məhkəməsi tərəfindən təsdiqlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə