Məşhur müğənni Castin Biberin yaxın dostu və Trippie Redd ilə işbirliyi ilə tanınan reper Kris Kinq 33 yaşında Neşvildə öldürülüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, məşhur reper odlu silahdan açılan atəş nəticəsində həyatını itirib.

Neşville polisinin verdiyi məlumata görə, 33 yaşlı reper “Hayes Street” otelinin dayanacağında yaralı halda tapılıb. O, aparıldığı xəstəxanada dünyasını dəyişib.

Kinqin keçmiş otaq yoldaşı müğənni Castin Biber “İnstaqram”da “Səni sevirəm, qardaş. Cənnətdə görüşənədək” yazıb.

Qeyd edək ki, Kinq 10 illik rep karyerası ərzində bir çox albom buraxıb. O, sonuncu dəfə aprelin 8-də “Seeing Double Seeing Double” albomunu buraxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə