Qırmızı Xaç Belarusu təşkilatdan xaric etdi

Belarusun Qızıl Xaç Cəmiyyətinin (BRC) Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasına (IFRC) üzvlüyü dekabrın 1-dən dayandırılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə təşkilatın saytında yerləşdirilən press-relizdə deyilir.

Sənəddə bildirilir ki, belə bir tədbir Qızıl Xaç Cəmiyyətinin rəhbəri Dmitri Şevtsovu tutduğu vəzifədən kənarlaşdırmaqdan imtina etdiyi üçün atılıb.

Qeyd edək ki, ona qarşı iddialar onun nüvə silahı və ukraynalı mülki şəxslərin oğurlanması ilə bağlı bəyanatları, habelə Rusiya qoşunları tərəfindən işğal olunmuş Ukraynanın Luqansk və Donetsk şəhərlərinə səfəri səbəb olub.

Dekabrın 1-dən Belarus Qızıl Xaç Cəmiyyəti Qızıl Aypara Cəmiyyətləri Federasiyasına üzvü kimi hüquqlarını itirir. Qızıl Xaç Cəmiyyəti üçün hər hansı yeni maliyyələşdirmə də dayandırılacaq. Bundan əlavə, Qızıl Xaç Cəmiyyəti təşkilatın Baş Assambleyasında iştirak edə, heç bir nizamnamə yığıncağında səs verə və ya seçilə bilməyəcək.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə