“Müharibəyə yox” yazan əlil moskvalı həbs edilib

“Diqqət, Xəbərlər” teleqram kanalı xəbər verir ki, əlil Moskva sakini qarda “Müharibəyə yox” yazısına görə on sutka müddətinə həbs edilib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Dmitri Fedorov konki sürmək üçün gəldiyi Qorki parkından çıxarkən paytaxtın mərkəzində polis tərəfindən saxlanılıb.

Qeyd edilir ki, o, qarla örtülmüş turniketin üzərində barmağı ilə “Müharibəyə yox” yazısını yazıbmış. Nəticədə, Fedorov polislə birlikdə idarəyə könüllü getdiyini iddia etsə də, sonradan ona qarşı rus ordusunu gözdən salmaq və polisə tabe olmamaq barədə inzibati protokollar tərtib edilib.

Bundan əlavə, məhkəmədə onun 3-cü qrup əlil statusu olduğu sübut edilsə də, amma bu Fedorovun cəza almasına təsir etməyib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə