Politoloq əmindir, müharibə uzanmayacaq…

Putinin ətrafındakı insanlar qoşunları işğal olunmuş ərazilərdən çıxarmaq barədə düşünürlər

...Bu gün Vladimir Putinin ətrafında onu hakimiyyətdən uzaqlaşdırmağa hazır olan insanlar var.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bunu publisist və politoloq Andrey Piontkovski bəyan edib.

Qeyd edək ki,Espresso” telekanalına danışan Piontkovski, Rusiyanın Ukraynaya qarşı müharibəsinin uzun sürməyəcəyini deyib.

“...Uzun müharibə anlayışı ola bilməz. Baxın, bu gün cəbhədə vəziyyət Ukrayna tərəfi üçün kifayət qədər uğurla inkişaf edir və bu, aviasiya və ATACMS-in olmaması ilə bağlıdır”.

Piontkovskiyə görə, əgər bu gün Ukraynanın iki yüz F-16 və iki yüz ATACMS- olsaydı,.. nə qədər müharibədən danışa bilərik? Bütün bunlar Azərbaycanın Qarabağdakı antiterror əməliyyatı ilə təxminən eyni vaxtda başa çatacaqdı. Bu reallıq indi Putinin ətrafındakı insanlarla üz-üzə qalıb.

Qeyd etdiyimiz kimi politoloq deyir bunu.

Piontkovski əlavə edib ki, o vaxt Hitlerin ətrafında öz hakimiyyətini saxlamaq üçün amerikalılarla sülh əldə etmək istəyən insanlar vardı.

Maraqlıdır ki, oxşar vəziyyəti Kremlə münasibətdə də görən rusiyalı ekspertin fikrincə, “...onlar indi yalnız bir şeydən danışırlar: müharibədə uduzan Rusiyada hakimiyyəti necə saxlamaq olar. Onlar yalnız bir yolla hakimiyyəti saxlaya bilərlər - Putindən yaxa qurtarmaq və Rusiya qoşunlarının işğal olunmuş ərazilərdən mütəşəkkil şəkildə çıxarılması üçün Qərbə və Ukraynaya öz xidmətlərini təklif etmək... Ona görə də...

Piontkovskinin sözlərinə görə, Baxmut və ya Tokmakın Ukrayna ordusu tərəfindən tutulmasının bir-iki həftəyə baş tutacağını təsəvvür etsək, bu, Putinin təhlükəsizlik elitasında partlayış üçün əvəzsiz tətik olacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə