Baydenin evində aparılan axtarış zamanı məxfi sənədlər tapılmayı

Federal Təhqiqatlar Bürosu (FTB) tərəfindən ABŞ Prezidenti Co Baydenin Delaver ştatında yerləşən şəxsi evində aparılan axtarış zamanı məxfi sənədlər tapılmayıb. SİA xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ liderinin vəkili Bob Bauer açıqlayıb.

Onun sözlərinə görə, axtarışlar ABŞ vaxtı ilə 08:30-dan gecəyarısına qədər davam edib.

Xatırladaq ki, yanvarın 10-u Diplomatiya və Qlobal Əməkdaşlıq Mərkəzində Co Baydenin vitse-prezident olduğu dövrə aid bir neçə məxfi sənədin aşkar olunmasına dair məlumatlar yayılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə