NATO qüvvələrinin İsveç və Finlandiyada yerləşdirilməsi alyans üçün risk yaradır.

SİA rus saytlarına istinadən xəbər verir ki, bunu da Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.

Nazir müavininin sözlərinə görə, NATO üzvləri onları öz ərazilərində xarici kontingentləri qəbul etməyə məcbur edəcək, əlavə qüvvələr yerləşdirəcəklər. Bu, hərbi təhlükəsizliyin və NATO-nun özünün vəziyyətini pisləşdirəcək və guya ona əlavə risklər yaradacaq.

Qruşko əlavə edib ki, İsveç və Finlandiyanın alyansa daxil olması ümumavropa təhlükəsizlik sisteminə “daha ​​bir zərbə” olacaq və həmçinin Şimali Avropanın regional təhlükəsizliyinə “ən mənfi şəkildə” təsir edəcək.

Diplomat vurğulayıb ki, Rusiya öz müdafiəsini təmin etmək üçün öz hərəkətlərini real vəziyyətə əsaslanaraq ölçəcək.

İsveç və Finlandiyanın alyansa qoşulduqdan sonra qoşulmama hərəkatının simvollarından hərbi blokun periferiyasına çevriləcəyini deyən Qruşko, "bu kədərlidir"-deyə əlavə edib.

Amma maraqlıdır kədər gərən, bu kədər Rusiya üçündür, yoxsa İsveç və Finlandiya üçün?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə