500-ə qədər işçinin qanı bahasına tikilən idman obyektləri

Qətər rəsmisi 2022-ci il Dünya Çempionatı üçün obyektlərin tikintisi zamanı yüzlərlə işçinin öldüyünü bildirib

Qətərdə Dünya Kuboku üçün obyektlərin tikintisi zamanı 500-ə qədər işçi həlak olub. Təbii ki, bunların da əksəriyyəti miqrant işçilər olublar.

SİA-nın əldə etdiyi məlumata görə, bunu çempionatın təşkilində iştirak edən yüksək vəzifəli Qətər rəsmisi Həsən əl-Tavadi deyib.

Qeyd edilməlidir ki, Əmirlik hökuməti səlahiyyətlisinin belə bir rəqəmlə çıxış etməsi ilk dəfədir. Doğrudur, əvvəllər bununla bağlı xəbərlər yayılsa da, amma o vaxt çox cüzi rəqəmlər göstərilirdi.

Yeri gəlmişkən, Əl-Təvadi bu barədə britaniyalı jurnalist Pirs Morqanla müsahibəsində bildirib.

Onu da qeyd edək ki, bu şəxs Qətər Ali Komitəsinin 2022 Futbol Çempionatı və Mirası üzrə Baş katibidir. Morqanın bəzi hissələrini internetdə yerləşdirdiyi müsahibədə o, əl-Təvadidən ölən miqrant işçilər haqqında “dürüst və real” qiymət verməsini xahiş edir. "Onların 400-500-ə yaxın olduğu təxmin edilir. Məndə dəqiq rəqəm yoxdur. Bu müzakirə olunub”, -deyə Qətər rəsmisi bildirib.

Bir daha xatırladaq ki, Qətər rəhbərliyi bu cür məlumatları indiyə qədər açıq şəkildə müzakirə etməyib.

Və İrs Komitəsinin 2014-cü ildən 2021-ci ilə qədər olan məlumatında yalnız cari çempionat üçün stadionların tikintisində ölən işçilərin sayı göstərilib.

Açıqlanan bu rəqəmlərə görə, guya tikintidə 40 nəfər ölüb, onlardan 37-si Dohanın işlə əlaqəsi olmayan hadisələr nəticəsində həlak olub. Yəni...məsələn, infarkt keçiriblər.

Xatırladaq ki, bundan əvvəl də bir sıra insan haqları qrupları Qətəri Yaxın Şərqdə ilk dəfə keçiriləcək Dünya Çempionatına hazırlıq zamanı miqrant əməyindən sui-istifadələrə görə tənqid etmişdi.

Bu arada bildirək ki, 2014- 2021-ci illər ərəfəsində dəyəri 200 milyard dollardan çox olan stadionlar, metro xətləri və yeni infrastruktur tikilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə