"Hər iki komandanın da qələbəyə çox ehtiyacı var" - ŞAHİN DİNİYEV

"Hər iki komandanın da qələbəyə çox ehtiyacı var" - ŞAHİN DİNİYEV

“Slovakiya-Azərbaycan oyununa riyazi hesablamalarla baxsaq, hər iki komandanın şansı yüksək səviyyədədir”. Bu barədə fikirləri SİA-ya açıqlamasında futbol üzrə mütəxəssis Şahin Diniyev bildirib.

Mütəxəssisin sözlərinə görə, burada hər iki komandanın taleyi öz əlində deyil: “Komadaların müqəddaratını Qazaxıstan millisinin performansı həll edir. Çünki Qazaxıstan komandası Belarusiyanın millisinə qalib gələrsə, həm Azərbaycanın, həm də Slovakiyanın şansları sıfıra enir. Məhz bu səbəbdən onlar da bu oyuna maksimum qələbə üçün yarışacaq. Slovakiya komandasının baş məşqçisi dəyişəndən sonra komanda daha güclü şəkildə öz üzərində işləyir. Fikrimcə, çox maraqlı oyun keçəcək. Azərbaycanda bu gün futbolçularının durumu yaxşı səviyyədədir. Millimizdə çıxış edəcək futbolçuların çempionatdakı göstəriciləri yüksəkdir. Hesabın nə ilə nəticələnməsi barədə nəsə demək çox çətindir. Ancaq maraqlı və hücum şəraitində keçən bir oyun izləyəcəyik. Hər iki komandanın da qələbəyə çox ehtiyacı var”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə