Azərbaycan millisi daha bir yoldaşlıq oyunu keçirəcək

Azərbaycan millisi daha bir yoldaşlıq oyunu keçirəcək

Azərbaycan millisinin daha bir yoldaşlıq oyunu keçirəcəyi dəqiqləşib. SİA-ya AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma Şimali Makedoniya ilə üz-üzə gələcək.

Qarşılaşma noyabrın 20-də Skopye şəhərindəki “Todor Proeski Milli Arena”da baş tutacaq.

Qeyd edək ki, milli komanda noyabrın 16-da Kişineudakı "Zimbru" stadionunda Moldova seçməsi ilə görüşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə