"Shusha Chess 2022" turnirinin rəsmi saytı təqdim olunub

"Shusha Chess 2022" turnirinin rəsmi saytı təqdim olunub

Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə baş tutacaq “Shusha Chess 2022” beynəlxalq şahmat turnirinin rəsmi saytı ictimaiyyətə təqdim olunub. Federasiyadan SİA-ya verilən məlumata görə, “shushachess.az” internet saytı şahmat həvəskarlarını son informasiya ilə operativ formada təmin edilməsinə xidmət edəcək. Rəsmi saytda Şuşanın tarixi barədə məlumat o cümlədən turnirin iştirakçıları ilə bağlı informasiyalar yer alıb.

Şuşada ilk şahmat turniri “shushachess.az” saytı ilə canlı yayımlanacaq. Bütün partiyalar Azərbaycan və ingilis dilində şərh olunacaq.

Turnirin rəsmi saytı Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə