Azərbaycan ağırlıqqaldıranı Elşad Şərifov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən gənclər arasında Avropa birinciliyində bürünc medal qazanıb.
SİA-nın məlumatına görə, 73 kq çəkidə çıxış edən yığma üzvü yaşı 23-ə qədər olan atletlərin mübarizəsində birdən qaldırma hərəkətində 123 kq-ı ram etməklə 7-ci yeri tutub. Şərifov təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edib. O, 160 kq-ı qaldıraraq bu hərəkətdə Avropa birinciliyinin bürünc medalına sahib çıxıb. Toplam 283 kq (123+160) nəticə ilə yekun sıralamada 4-cü olub.
Bunadək Səbinə Əzimova anoloji uğura imza atıb.
Qeyd edək ki, 2020-ci il Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda 41 ölkədən 488 atlet (206 qadın və 282 kişi) iştirak edir.
Bütün xəbərlər Facebook səhifəmizdə
 
                         
                                                    
 
                     
     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                    .jpg) 
                                                     
                                                    .jpg) 
                                                     
                                                     
                                                     
    .jpg)

.jpg)
 
        
 
     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    .jpg) 
                     USD
 USD
 EUR
 EUR
 GBP
 GBP RUB
 RUB