“Bavariya” Lars Lukas May ilə müqaviləni yeniləyib

“Bavariya” Lars Lukas May ilə müqaviləni yeniləyib

“Bavariya” gənc futbolçusu Lars Lukas May ilə müqaviləni yeniləyib. Bu barədə Münhen klubunun rəsmi saytı məlumat yayıb. 19 yaşlı futbolçunin yeni sözləşməsi 2022-ci ilin iyununa qədər nəzərdə tutulub.

Qeyd edək ki, May 2014-cü ildə Drezden “Dinamo”sundan “Bavariya”ya keçib. O, ötən mövsümdən əsas komandaya cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə