Bədii gimnastika üzrə Azərbaycan kuboku yarışları davam edir

Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyi və 6-cı bölgələrarası kuboku yarışları davam edir. SİA-nın məlumatına görə, 10-13 oktyabr tarixlərində Milli Gimnastika Arenasında 26-cı Azərbaycan və Bakı birinciliyi və 6-cı bölgələrarası kuboku keçirilir. Oktyabrın 11-12-də aerobika gimnastikası üzrə beşinci Azərbaycan birinciliyi və Bakı çempionatı da keçirilib. Gimnastikanın hər iki növündə yarışlarda Bakı və Azərbaycanın bölgələrindən 200-dən çox idmançı iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə