Bu gün futbol üzrə Topaz Premyer Liqasında mövsümə yekun vurulub. Qol.az-ın xəbərinə görə, mövsümün sonuncu -28-ci turunun bütün oyunları eyni gündə keçirilib. Bu tur Avropa Liqasına vəsiqə verən 4-cü yerin sahibi bəlli olub. "Zirə"  səfərdə AZAL-la qarşılaşıb. 3:0 hesabı ilə qalib gələn Ayxan Abbasovun komandası turniri 4-cü pillədə başa vurub və Avroliqaya vəsiqə qazanıb. "Kəpəz" isə üçüncü pilləni təmin edən "İnter"i qəbul edib və 1:0 hesabı ilə qalib gəlib.
	
	Digər görüşdə isə  turnirin gümüş mükafatçısı  "Qəbələ" "Sumqayıt"ın qonağı olub. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Günün və mövsümün son oyununda isə ölkə çempionatının qalibi "Qarabağ" "Neftçi"nin qonağı olub və 2:1 hesabı ilə qalib gəlib.
	
	
	29 aprel (şənbə)
Azərbaycan Premyer Liqası
28-ci tur
17:00. "Neftçi" – "Qarabağ" - 1:2 
	Qol: Dino Ndlovu, 47 (0:1), Ruslan Abışov, 61-avtoqol (0:2), İqnasio Herrera,  89 (1:2)
	Hakimlər: Ömər Paşayev, Akif Əmirəli, Elman Musayev, Orxan Məmmədov
	"Bakcell Arena
	
	
	16:00. "Kəpəz" – "İnter" - 1:0 
	Qol: Dario Federiko, 49
	Hakimlər: Rəhim Həsənov, Vüqar Bayramov, Azər Əsgərov, Ramil Əhmədov
	Gəncə şəhər stadionu
16:00. "Sumqayıt" – "Qəbələ" - 2:1 
	Qol: Amil Yunanov, 27 (1:0), Mirabdulla Abbasov, 29 (2:0), Asif Məmmədov, 40 (2:1) 
	Hakimlər: İnqilab Məmmədov, İsgəndər Əliyev, Elşad Abdullayev, Rauf Cabbarov
	Sumqayıt. Şəhər stadionu
	
	16:00. AZAL – "Zirə" - 0:3
	Qollar: Elvin Məmmədov, 34, Milan Duriç, 54, Təmkin Xəlizadə, 83-pen
	Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ramil Diniyev
	"AZAL Arena"
	
	 
| N | Klublar | O | Q | H | M | T-F | X | 
| 1 | Qarabağ | 28 | 19 | 5 | 4 | 46-14 | 62 | 
| 2 | Qəbələ | 28 | 14 | 10 | 4 | 48:21 | 52 | 
| 3 | İnter | 28 | 11 | 10 | 7 | 39:33 | 43 | 
| 4 | Zirə | 28 | 10 | 9 | 9 | 29-26 | 39 | 
| 5 | Kəpəz | 28 | 9 | 9 | 10 | 24-27 | 36 | 
| 6 | Sumqayıt | 28 | 9 | 8 | 11 | 28-35 | 35 | 
| 7 | Neftçi | 28 | 9 | 2 | 17 | 24-45 | 29 | 
| 8 | AZAL | 28 | 1 | 7 | 20 | 13-50 | 10 | 
Bütün xəbərlər Facebook səhifəmizdə
 
                         
                                                    
 
                     
     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                    .jpg) 
                                                     
                                                    .jpg) 
                                                     
                                                     
                                                     
                                                     
    
.jpg)

 
        
 
     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     USD
 USD
 EUR
 EUR
 GBP
 GBP RUB
 RUB