Topaz Premyer Liqasında mövsümə yekun vurulub

29 Aprel 2017 20:06 (UTC+04:00)

Bu gün futbol üzrə Topaz Premyer Liqasında mövsümə yekun vurulub. Qol.az-ın xəbərinə görə, mövsümün sonuncu -28-ci turunun bütün oyunları eyni gündə keçirilib. Bu tur Avropa Liqasına vəsiqə verən 4-cü yerin sahibi bəlli olub. "Zirə" səfərdə AZAL-la qarşılaşıb. 3:0 hesabı ilə qalib gələn Ayxan Abbasovun komandası turniri 4-cü pillədə başa vurub və Avroliqaya vəsiqə qazanıb. "Kəpəz" isə üçüncü pilləni təmin edən "İnter"i qəbul edib və 1:0 hesabı ilə qalib gəlib.

Digər görüşdə isə turnirin gümüş mükafatçısı "Qəbələ" "Sumqayıt"ın qonağı olub. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Günün və mövsümün son oyununda isə ölkə çempionatının qalibi "Qarabağ" "Neftçi"nin qonağı olub və 2:1 hesabı ilə qalib gəlib.


29 aprel (şənbə)

Azərbaycan Premyer Liqası

28-ci tur

17:00. "Neftçi" – "Qarabağ" - 1:2
Qol:
Dino Ndlovu, 47 (0:1), Ruslan Abışov, 61-avtoqol (0:2), İqnasio Herrera, 89 (1:2)
Hakimlər: Ömər Paşayev, Akif Əmirəli, Elman Musayev, Orxan Məmmədov
"Bakcell Arena


16:00. "Kəpəz" – "İnter" - 1:0
Qol:
Dario Federiko, 49
Hakimlər: Rəhim Həsənov, Vüqar Bayramov, Azər Əsgərov, Ramil Əhmədov
Gəncə şəhər stadionu

16:00. "Sumqayıt" – "Qəbələ" - 2:1
Qol:
Amil Yunanov, 27 (1:0), Mirabdulla Abbasov, 29 (2:0), Asif Məmmədov, 40 (2:1)
Hakimlər: İnqilab Məmmədov, İsgəndər Əliyev, Elşad Abdullayev, Rauf Cabbarov
Sumqayıt. Şəhər stadionu

16:00. AZAL – "Zirə" - 0:3
Qollar:
Elvin Məmmədov, 34, Milan Duriç, 54, Təmkin Xəlizadə, 83-pen
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ramil Diniyev
"AZAL Arena"

N Klublar O Q H M T-F X
1 Qarabağ 28 19 5 4 46-14 62
2 Qəbələ 28 14 10 4 48:21 52
3 İnter 28 11 10 7 39:33 43
4 Zirə 28 10 9 9 29-26 39
5 Kəpəz 28 9 9 10 24-27 36
6 Sumqayıt 28 9 8 11 28-35 35
7 Neftçi 28 9 2 17 24-45 29
8 AZAL 28 1 7 20 13-50 10