Bu ay ərzində metroda hansı nasazlıqlar baş verib? - QURUM RƏSMİSİ AÇIQLADI

"Bu ay ərzində metroda hansı nasazlıqlar baş verib?" Bu barədə SİA-nın sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, bu ay ərzində metroda iki dəfə nasazlıq yaranıb: “Onlardan birincisi 6 sentyabr tarixində, baş verib ki, "Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatar texniki nasazlıq səbəbilə "Nizami" stansiyasında sərnişinləri düşürüb. Texniki baxış üçün qatar depoya göndərilib. Əvəzinə ehtiyat qatar xəttə verilib”.

Bəxtiyar Məmmədov sözlərinə belə davam edib: “Digər texniki nasazlıq isə 21 sentyabr tarixində baş verib. Belə ki, texniki nasazlıq səbəbilə yoldəyişdirici qurğular əllə idarə olunduğundan Yaşıl və Qırmızı xətlərdə qatarların hərəkətində gecikmələr baş verib. Bu səbəbdən hazırda intervaldan əlavə 12 dəqiqə fərq yaranıb.

Texniki nasazlıq aradan qaldırılıb. Hazırda intervalların tənzimlənməsi prosesi gedir. Əksər marşrutlar üzrə intervallar normallaşdırılıb”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə