Hansı ədviyyatlar xəstəliyimizin qarşısını alır? - QİDA MÜTƏXƏSSİSİ AÇIQLADI

Hansı ədviyyatlar xəstəliyimizin qarşısını alır? - QİDA MÜTƏXƏSSİSİ AÇIQLADI

“İnsanlar bir çox səbəblərdən yemək bişirərkən ədviyyatlardan istifadə edirlər”. Bu fikirləri SİA-ya açıqlamasında qida üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib.

Qida mütəxəssisinin sözlərinə görə, əsasən, insanlar bişirdiyi yeməyin dadını daha ləzzətli etmək üçün ədviyyat vururlar: “Ağır qidalar yediyimiz zaman həzmi asanlaşdırmaq üçün bəzi ədviyyatlardan istifadə olunur. Həmçinin, bəzi ədviyyatlar yeməyin gec köhnəlməsinə kömək edir. Daha çox ədviyyat Türkiyədə, Hindistanda və s. bir sıra ölkələrdə istifadə olunsa da, bizim ölkəmizdə də, ədviyyatlardan geniş şəkildə istifadə olunur. Ədviyyatlar içərisində qırmızı və qara istiot, sarıkök, darçın, nanə və digər ədviyyatlardır. Bu ədviyyatların faydaları çoxdur. Biz bilirik ki, bu kimi ədviyyatlar maddələr mübadiləsi prosesinə müsbət təsir edərək, həzm prosesinə kömək edir. Bəzi insanlar arıqlamaq və çəkisini normada saxlamaq üçün də bir sıra ədviyyatlardan istifadə edirlər. Həmçinin, ədviyyatlar qanda xalestrol maddəsini tənzimləmə mexanizminə malikdir. Elə ədviyyatlar da var ki, insanda şirniyyat istəyini azaldır. Qeyd etmək istərdim ki, acı ədviyyatları qəbul edərkən diqqətli olmaq lazımdır. Xüsusilə də, mədəsində problem olan insanlar acı ədviyyatları çox az şəkildə qəbul etməlidir. Ürək-damar xəstəliyindən əziyyət çəkən insanlarda bunun qarşısını almaq üçün ədviyyatlardan istifadə edə bilərlər. Gündəlik yeməklərimizdə ədviyyatdan istifadəni vərdiş halına gətirmək lazımdır. Təbii ki, ən çox istifadə olunanlardan istiot qrip, burun-boğaz xəstəliyindən əziyyət çəkərkən istifadə olunsa bunun xeyrini görmək olar, nəinki ziyanını. Həmçinin daha çox istifadə olunan ədviyyatların içərisinə kəklikotu da daxil edilir ki, bir çoxumuz çay dəmləyərkən kəklikotudan istifadə edirik. Darçın da qidanın ləzzətini artırır. Bu ədviyyatdan, əsasən, şəkər xəstəliyindən əziyyət çəkən insanlar istifadə edə bilərlər. Nanə də əsasən ağır həzm olunan və xəmir yeməklərində istifadə olunur. Bu ədviyyat da ürəkbulanmanı aradan qaldıraraq, baş ağrısını aparır. Həmçinin depresiyada olduğumuz zamanda bu bitkidən çay dəmləyib içmək bizim yardımımız olur. Nanə immun sistemini gücləndirir. Elə ədviyyatlar da var ki, onlar ölkəmizə xaricdən gətirilir. Məhz bu ədviyyatların istifadəsində isə diqqətli olmalıyıq. Çünki genetic olaraq orqanizm bu kimi ədviyyatlara öyrəşmədiyi üçün alergiya kimi hallar baş verə bilər”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə