Sağlam şəkildə necə kilo almaq olar? - MÜTƏXƏSSİS AÇIQLADI

"Bəzi insanlar var ki, kökələ bilmirlər. Sağlam şəkildə necə kökəlmək lazımdır bilmirlər. İlk növbədə, bunu qeyd etməliyəm ki, bizim çəkimiz normal çəkidir, yoxsa yox? İdeal çəki hər insanın yaşına, cinsinə, xroniki xəstəliklərinə, orqanizmin əzələ və yağ kütləsinin nisbətinə görə dəyişə bilir. İdeal çəki necə hesablanır? İdeal çəki insan çəkisinin onun boyunun kvadratmetrinə bölünməsi nəticəsində hesablanır. Alınan rəqəmlərə görə çəkini dəqiqləşdiririk. Əgər alınan rəqəm normadan ya artıq, ya da əksikdirsə demək problem var". Bu fikirləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib.

Onun sözlərinə görə, insanların sağlam şəkildə çəki alması üçün ilk növbədə xəstəliyin olub-olmadığını müəyyən edirik: "Əgər hər şey qaydasındadırsa bu zaman doğru şəkildə qidalanma rejimi tərtib qurulmalıdır. Şəxsin özü edə bilmirsə mütləq şəkildə mütəxəssislərdən dəstək almalıdır. Əks təqdirdə özü sağlam olmayan qidalardan qəbul edir ki, həmin qidalar da orqanizmdə yağların çoxalmasına səbəb olur. Bu da sağlamlıq üçün çox zərərlidir.

Yağ, karbohidrat əvəzina protein, zülal qəbul edilməlidir ki, bu əzələ kütləsini artırır. Bununla yanaşı, sağlam çəki almağa kömək edir. Çəki alarkən yüngül idman hərəkətləri də etmək lazımdır ki, bədən düzgün formada çəkini qəbul etsin. Normal zamanda 3 dəfə qidalanırdısa, indi gün ərzində 4 dəfə qidalanmaq lazımdır. Xüsusilə, yeməkdə diqqət ediləcək nüanslar karbohidlarlar, yəni quru meyvələrdir. Bəhməz, bal və şirin meyvələrdən də istifadə edə bilərlər. Eyni zamanda, mütləq şəkildə gündəlik qida rasionunda ət istehlak etmək lazımdır. Mütləq şəkildə yuxu rejminə diqqət edilməlidir. Yuxu rejimi düzgün olmayan insanlarda ideal bədən çəkisini qorumaq çətinləşir. Çünki yağların ərimə saatı hesab edilən vaxtda insan oyaq olarsa, maddələr mübadiləsi düzgün şəkildə işləməz. Gündəlik qida rasionundan paketlənmiş, mənşəyi bəlli olmayan qidaları, cipsləri, qazlı içkiləri, şokoladları çıxarmaq lazımdır. Bu qidalar bədənin bəlli bölgələrində yağlanmalara səbəb olur. Bu da xarici görünüşün korlanmasına və yağlanmaya səbəb olur. İdeal çəkini əldə etdikdən sonra da onu qorumaq lazımdır. Gündəlik yürüyüş etmək vacibdir. Bir çox hallarda xəstəlikləri müayinə etmədən çəki artıran qidalardan istifadə edə bilmərik. Bunlar, əsasən, trioid xəstəlikləridir, vitamin və mineralların şatışmazlığıdır. İlk olaraq həkim müayinəsindən keçdikdən sonra həmin şəxslər çəki almaqla bağlı kömək etmək olar”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...