İmişlidə bir qrup polis əməkdaşı fəxri fərmanla təltif olunub

İmişli rayonunda Azərbaycan Polisi Günü münasibətilə tədbir keçirilib. İmişli Rayon Polis Şöbəsinin inzibati binasında keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də rayon polis şöbəsinin əməkdaşları iştirak ediblər.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən Rayon Polis Şöbəsinin rəisi Füzuli Şıxəliyev hüquq-mühafizə orqanlarına göstərilən dəstəyə, diqqətə və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib, bundan sonra da Azərbaycan Respublikasının müstəqilliyinin, dövlətçiliyinin möhkəmləndirilməsi işinə sədaqətlə xidmət edəcəklərini, vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi, ictimai asayişin qorunması istiqamətində səmərəli fəaliyyət göstərəcəklərini, polis adını şərəflə qoruyacaqlarını söyləyib.

Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev çıxış edərək Azərbaycan Polisi Günü münasibətilə hüquq-mühafizə orqanlarının əməkdaşlarını təbrik edib, Azərbaycan polisinin ulu öndər Heydər Əliyevin dövlətçilik xəttinə, Prezident İlham Əliyevin müdrik siyasətinə həmişə sadiq olduğunu bildirib, bunun daxili işlər orqanlarının əməkdaşları üçün ən böyük şərəf və qürur mənbəyi olduğunu qeyd edib.

Sonda səmərəli fəaliyyətləri ilə fərqlənən Rayon Polis Şöbəsinin bir qrup əməkdaşı icra hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə