Əfv Sərəncamının icrasına başlanılıb

Əfv Sərəncamının icrasına başlanılıb. SİA xəbər verir ki, Prezident İlham Əliyevin mayın 27-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam ümumilikdə 213 nəfərə şamil olunub.

Sərəncam ümumilikdə 213 nəfərə şamil olunub. 167 şəxs azadlıqdan məhrumetmə növündə cəzanın çəkilməmiş hissəsindən azad olunub, 1 şəxs ömürlük azadlıqdan məhrumetmə cəzasından azad olunub, 36 şəxsin azadlıqdan məhrumetmə növündə cəzanın çəkilməmiş hissəsi yarıyadək endirilib. 3 şəxs şərti məhkum etmədən azad olunub. Bundan başqa, 6 şəxs azadlığın məhdudlaşdırılması növündə cəzadan azad olunub.

Əfv olunan şəxslər arasında 3 nəfər jurnalist və bloqer, 3 nəfər siyasi partiya üzvü var.

Əfv Sərəncamı 2018-ci il 10 iyul tarixində Gəncə şəhərində kütləvi iğtişaşlarda iştirak edən 20 nəfərə də şamil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...