Ombudsman mina xəritələri ilə bağlı beynəlxalq təşkilatlara çağırış edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva minalarla bağlı beynəlxalq təşkilatlara çağırış edib.

Ombudsman Aparatından SİA-ya verilən məlumata görə, çağırışda deyilir:

"Ermənistanın Azərbaycan ərazilərinə hərbi təcavüzü və işğal dövründə basdırdıqları minalar insanların həyat və sağlamlığı üçün potensial təhlükə olaraq qalmaqda davam edir.

Bu gün daha bir Azərbaycan vətəndaşı - Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu Ömərov Seyidağa Mirzağa oğlu işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirərkən minaya düşüb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Regionda sülh və təhlükəsizliyə ciddi maneə törədən bu kimi halları qətiyyətlə qınayır və bir daha beynəlxalq təşkilatları minaların dəqiq xəritələrinin verilməsi üçün Ermənistana qarşı əsaslı tədbirlər görməyə çağırırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...