Ermənistan ərazisindən Daşkəsən rayonu ərazisi atəşə tutulur

Ermənistan növbəti provokasiyaya əl atıb. SİA Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, sentyabrın 29-da səhər saat 07.30-dan etibarən Ermənistanın Vardenis rayonu ərazisindən Azərbaycanın Daşkəsən rayonunun ərazisi artilleriya atəşinə tutulur. Azərbaycan Ordusu tərəfindən adekvat tədbirlər görüləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə