Ermənistan ərazisindən Daşkəsən rayonu ərazisi atəşə tutulur
29 Sentyabr 2020 08:03 (UTC+04:00)
Ermənistan növbəti provokasiyaya əl atıb.
SİA Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, sentyabrın 29-da səhər saat 07.30-dan etibarən Ermənistanın Vardenis rayonu ərazisindən Azərbaycanın Daşkəsən rayonunun ərazisi artilleriya atəşinə tutulur.
Azərbaycan Ordusu tərəfindən adekvat tədbirlər görüləcək.