Masallı rayonunun Bədəlan kənd sakini də nümunəvi addım atdı

12 iyul 2020-ci il tarixdə Masallı rayonunun Bədəlan kənd sakini Ağababa Ali oğlu Məmmədov övladı 1976-cı il təvəllüdlü Elbrus Ağababa oğlu Məmmədov vəfatı ilə bağlı yas mərasimini xüsusi karantin rejimi ilə əlaqədar keçirməmiş, lakin ehsan olaraq 1 baş iribuynuzlu mal kəsərək hər biri təxminən 1,5 kiloqram çəkidə olmaqla 62 imkansız ailəyə paylamışdır.

Sığdaş ərazisindən olan Xanverdi Həsənovun xeyriyyə əməlinə qoşulan Bədəlan sakini Ağababa Məmmədovun da bu davranışı hər kəs üçün mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq nümunəvi atılmış bir addımdır.

ƏLİHÜSEYN ŞÜKÜROV

Bütün xəbərlər Facebook səhifəmizdə