"Virus yoxdur" - deyənlər bizim düşmənlərimizdir.

Bütün dünya ölkələri pandemiya ilə mübarizədə ciddi itkilərlə və çətinliklərlə üz-üzə olarkən, insanlar arasında çaşqınlıq yaranarkən, Azərbaycan hökuməti tərəfindən koronavirusun yayılmasına qarşı vaxtında görülmüş çevik tədbirlər sayəsində istər yoluxma hallarının, istərsə də ölənlərin sayı az oldu. Bu sözləri SİA-ya gənc hüquqşünas, ictimai fəal Samirə Qasımova pandemiya ilə bağlı yaranmış vəziyyəti şərh edərkən bildirib. Gənc hüquqşünas daha sonra deyib: "Amma, əfsuslar olsun ki, indi - xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra yeni yoluxma hallarının sayında artım müşahidə olunmağa başladı.

Ona görə də mən düşünürəm ki, cərimələr artırılmalıdır, daha sərt qanunlar qəbul ediməlidir. Uzun müddətdir ki, ayrı-ayrı ölkələrdə tətbiq olunan qaydaların pozulmasına, xüsusilə fərdi qoruyucu vasitələrdən istifadə etməməyə görə yüksək məbləğdə cərimələr, hətta həbs cəzas da tətbiq olunur. Cərimələrin tətbiq olunması vətəndaşların məsuliyyətini artıracaq və bununla da infeksiyaya yoluxma halları da azalacaq..

Qaydalar çox sadədir və onlara əməl etmək o qədər də böyük əziyyət tələb etmir - maska, məsafə və dezinfeksiya. Ümumilikdə hansı tövsiyələr varsa, onlara mütləq şəkildə əməl edilməsi vacibdir. Hətta bu üç amilə əməl olunarsa, onda yoluxmanın sayı kəskin azalacaq".

İctimai fəalın fikrincə,

Hamı bilməlidir ki, tətbiq olunan qaydalar, ilk növbədə, onun və yaxınlarının təhlükəsizliyini, sağlamlığını təmin edən müvəqqəti və məcburi addımlardır. Karantində yumşalma olubsa, insanlar bundan sui-istifadə etməməlidir, vacib olmadığı təqdirdə evdən çıxmaq, harasa getmək məsləhət görülmür, sosial tədric davam etməlidir.

Ölkəmiz hamımız üçün əzizdir və biz onu qorumalıyıq!

Bütün xəbərlər Facebook səhifəmizdə