Gürcüstanlı soydaşlarımız kommunal ödənişlərdən azad olundu

Gürcüstan sakinlərinin kommunal ödənişləri mart, aprel və may ayları ərzində donduruldu. SİA xəbər verir ki, Gürcüstan hökuməti 3 ay ərzində kommunal xidmətlərin ödənişlərini öz üstünə götürüb.

Gürcüstanın Baş naziri Georgi Qaxariya bildirib ki, işsiz qalan şəxslərə də ünvanlı yardımlar veriləcək. Məlumatda qeyd olunub ki, martın 21-də Gürüstanda fövqəladə hal, martın 31-dən etibarən isə karantin rejimi və komendant saatı elan edildi. Kvemo Kartli bölgəsinin Azərbaycan əsilli vətəndaşlarının kompakt şəkildə yaşadığı iki rayonunda Marneuli və Bolnisidə də ciddi karantin rejimi elan olunub.

Hökumətin bu gün qəbul etdiyi qərara əsasən, karantin rejimi ilə əlaqədar Gürcüstan vətəndaşları mart, aprel və may ayları üçün elektrik enerjisi, təbii qaz, su istehlakı və zibil yığma haqları üçün ödəniş etməli olmayacaqlar. Rəsmi qurumlardan verilən məlumata əsasən, 200 kubmetrqaz və 200 kilovat elektrik enerjisi pulsuz olacaq.

Gürcüstanın Baş naziri işsiz qalanlara da dövlət tərəfindən köməklik göstəriləcəyini açıqlayıb.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə