Ramin Quluzadə: "Paytaxtda nəqliyyat vasitələrindən istifadə edənlərin sayı azalıb"

Paytaxtda nəqliyyat vasitələrindən istifadə edənlərin sayı azalıb.

SİA xəbər verir ki, bunu Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın iclasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə deyib.

O bildirib ki, hazırda Bakı Beynəlxalq Avtovağzalı Kompleksindən sərnişindaşıma yalnız Sumqayıt və Abşeron istiqamətində həyata keçirilir. Əvvəllər bu istiqamətdə gün ərzində 3 min nəfər daşınırdısa indi bu rəqəm 300 sərnişin olub. Bütün avtovağzallar və nəqliyyat vasitələrində mütəmadi dezinfeksiya işləri aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...