"Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk" Erkan Özoral 

"Türkiyə prezidenti Rəcəb Tayyip Erdoğanın Azərbaycana səfəri çərçivəsində iki ölkə arasında 14 sənəd imzalanıb". SİA-nın məlumatına görə, bunuTürkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinə münasibətində bildirib.

O jurnalistlərə açıqlamasında toplantının çox faydalı keçdiyini söyləyib: "Bilirsiniz ki, Prezident Rəcəb Tayyip Ərdoğan Azərbaycana Strateji Əməkdaşlıq Şurasının 8-ci toplantısı çərçivəsində səfər etmişdi. Bu toplantıda keçmişi dəyərləndirərək gələcəkdə hansı işlərin görülməli olduğu müzakirə edildi".

Səfir iki ölkə prezidentlərinin görüşü çərçivəsində əlaqələrin hərtərəfli inkişafı üçün bundan sonra görülməsi zəruri olan işlərin müzakirə edildiyini vurğulayıb: "Biz Türkiyə olaraq, bu səfəri çox yüksək dəyərləndiririk və Azərbaycanın da eyni mövqeyə sahib olduğunu düşünürük".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...