Qərib Məmmədov Göygöldə qəbul keçirəcək

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov sentyabrın 5-də Göygöl şəhərində ətraf bölgələr də əhatə olunmaqla vətəndaşların qəbulunu keçirəcək.

Komitədən SİA-ya verilən xəbərə görə, qəbulda Gəncə şəhərindən, Göygöl, Samux, Naftalan, Kəlbəcər, Tərtər və Daşkəsən rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər.

Qəbul saat 10.00-da Göygöl şəhərində yerləşən Heydər Əliyev Mərkəzində başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə