AMEA Kimya Problemləri İnstitutunun illik hesabatı

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kimya Problemləri İnstitutunun illik hesabatı açıqlanıb. SİA-nın məlumatına görə, institutun direktoru, akademik Ağadadaş Əliyev bu elm müəssisəsinin 2013-cü ildə elmi və elmi-təşkilati fəaliyyətinin yekunları haqqında məlumat verib.

Onun sözlərinə görə, institutda 5 problem, 7 mövzu və 48 işi əhatə edən elmi tədqiqat işləri 57 mərhələdə aparılıb: "İnstitutun əməkdaşları Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun 2, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun 3 qrantına layiq görülüblər. Hesabat ilində 104 elmi əsər (2 kitab, 2 monoqrafiya, 100 məqalə) çapdan çıxıb. Onlardan 1 monoqrafiya və 57 məqalə xaricdə nəşr olunub".

O, həmçinin qeyd edib ki, hazırda İnstitutda 1 elmlər doktoru, 15 fəlsəfə doktoru və 9 dissertant hazırlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə