Gələcək İctimai Birliyi Bərdədə Liberal Şəbəkə Yaratdı

Azərbaycanın ən böyük liberal şəbəkəsinə nail olan "Gələcək" İctimai Birliyi regionlarda liberal şəbəkəni genişləndirəkdədir. Belə ki, ictimai birlik Bərdə Regional Antenini yaradıb. Bərdə Regional Anteninin rəhbəri Ülviyyə Babasoyun SİA-ya verdiyi məlumata görə, regionda gənclərin əsas kütləsi aktiv deyil, onların maarifləndirilməsinə və aktivləşdirilməsinə ehtiyac duyulur: \"Biz düşünürük ki, cəmiyyətimizin inkişafı liberal dəyərlərin inkişafına nail olmaqdan keçir. Bu cür şəbəkənin yaradılması da region gənclərində liberal təfəkkür tərzinin formalaşmasını, onların inkişafını hədəfləyir. Belə ki, regional anten müxtəlif aksiyalar, flashmoblar, liberal axşamlar, təlimlər, film nümayişləri etməklə region gənclərini öz liberal şəbəkəsinə qoşmağı planlaşdırır".

Qeyd edək ki, ideologiya olaraq liberalizm və liberal dəyərləri seçmiş ictimai birlik 8 Sentyabr 2010 – ci il tarixində bir neçə liberal Sumqayıt gəncinin təşəbbüsü sayəsində yaranıb və təşəbbüs qrupu olaraq fəaliyyət göstərir. Hal – hazırda bütün Azərbaycan üzrə liberal şəbəkənin yaradılmasını hədəfləyən birlik digər regionlarda liberal antenlərini təsis edilməsini planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə