“Empatiya” sənədli filminin təqdimatı keçirillib

Bu gün "İRƏLİ" Prodakşın tərəfindən "Sosial İşçilər: Uşaq Müdafiəsi Sistemi İslahatına yeni baxış" adlı layihə çərçivəsində "Empatiya" sənədli filminin təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, layihənin məqsədi "De-institusionalizasiya və Alternativ Qayğı" Dövlət Proqramının icrasına və eləcə də ölkəmizdə uşaq müdafiəsi sahəsində həyata keçirilən tədbirlərə dəstək məqsədilə həyata keçirilir.

Qeyd edək ki, tədbirdə açılış nitqi ilə çıxış edən "İRƏLİ" İctimai Birliyinin sədri Rauf Mərdiyev bildirib ki, "Empatiya" filmi 2 dildə: Azərbaycan və ingilis dillərində çəkilib: "Film bu günkü cəmiyyətdə valideyn himayəsindən məhrum olan kimsəsiz uşaqlara qarşı daha çox qayğı və diqqətin artırılması məqsədi ilə hazırlanaraq, bədii epizodlar təqdim olunaraq uşaqların yeni himayədar ailələrdə düzgün tərbiyə olunuması məsələləri əsasında qurulub".


Tədbirdə çıxış edən millət vəkili Ceyhun Osmanlı isə bildirib ki, bu günkü cəmiyyətdə biz Azərbaycan vətəndaşı olaraq heç bir problemə qarşı biganə olmamalıyıq. "Həsas, duyarlı yanaşıb biganə qala bilməyəcəyimiz məsələlərdən biri də kimsəsiz uşaqlara qarşı biganə olmamağımızdır. Ola bilər ki, bəzi uşaqlar müəyyən bir dövrdə valideyni olduğu halda hansısa sosial təminat hesabına ailəsində yaşıya bilməsin. Biz buna əsasən də film vasitəsi ilə alternativ De-institusionalizasiya proqramının olduğunu tamaşaçıların nəzərinə çatdıraraq bu baxımdan xususilə vasitəçi olacaq sosial işçilərin önəmini göstəririk"

Qeyd edək ki, filmi hazırlayanlar media işçisi Türkay Məmmədova və İRƏLİ prodakşının rəhbəri Elvin Abdullayevdir. Sabahdan etibarən "Empatiya" filmi Azərbaycan telekanalarında yayımlanacaq.

Mənzər Ərçəqızı


Bütün xəbərlər Facebook səhifəmizdə

loading...