Dövlət Miqrasiya Xidməti tərəfindən qanunvericiliyin tələblərini pozmuş 167 əcnəbi saxlanılıb

Azərbaycan Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər mütəmadi olaraq davam etdirilir.


Dövlət Miqrasiya Xidmətindən SİA-ya daxil olan məlumata görə, ötən həftə ərzində Xidmət əməkdaşları tərəfindən respublikanın Mingəçevir, Hacıqabul, Sabirabad, həmçinin Quba, Qusar rayonlarında müvafiq yoxlamalar aparılıb. Nəticədə Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə zidd olaraq ölkə ərazisində qanunsuz yaşayan, qeyri-qanuni küçə ticarəti ilə məşğul olan, müvafiq fərdi icazə alınmadan tikinti sahəsində çalışan 167 əcnəbi vətəndaş saxlanılmış və barələrində Azərbaycan Respublikasının inzibati qanunvericiliyinin tələblərinə uyğun olaraq qərarlar qəbul edilib.


Saxlanılan əcnəbilər arasında Moldova Respublikasının, Türkiyə Respublikasının vətəndaşları üstünlük təşkil edib.


Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyanın aşkar edilərək qarşısının alınması istiqamətində paytaxtda və ölkənin reqionlarında intensiv tədbirlər davam etdirilir.



Bütün xəbərlər Facebook səhifəmizdə