Adil Kərimli vətəndaş qəbulu keçirib - FOTOLAR

Azərbaycan mədəniyyət naziri Adil Kərimli martın 19-da bir qrup vətəndaşın müraciətlərini dinləyib. SİA xəbər verir ki, bildirilib ki, vətəndaşların müraciətləri, əsasən, əməyin qiymətləndirilməsi, işlə təmin olunma, tarixi-mədəni irslə, yaradıcılıqla bağlı layihələrə kömək göstərilməsi, tanınmış şəxsiyyətlərin adının əbədiləşdirilməsi və digər məsələlərlə bağlı olub.

Bütün müraciətlər diqqətlə dinlənilib və araşdırılması üçün qeydiyyata alınıb. Qaldırılan bir sıra məsələlərlə bağlı konkret addımların atılması üçün nazirliyin müvafiq struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə