Dünən, oktyabrın 3-də Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Astara rayon Heydər Əliyev Mərkəzində keçirilən növbəti nikah mərasimində Miki kənd sakini Hüseynov Orxan Elxan oğlu və Marzəsəy kənd sakini Cabbarova Nərmin Nəriman qızı ailə həyatı qurmaq barədə nikah aktına imza atıblar.
Ailə həyatı quran gənclər əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Nikah mərasimində çıxış edən mərkəzin bələdçisi Cəmalə Hacızadə və Astara Qeydiyyat Şöbəsinin aparıcı mütəxəssisi Ülkər Fərəcova yeni ailə quran gəncləri təbrik edərək, onlara ən xoş arzularını çatdırıblar.
Gənclər onların nikah mərasiminin dahi rəhbərin adını daşıyan mərkəzdə keçirilməsindən qürur duyduqlarını vurğulayaraq, bu günün onların həyatında ən xoşbəxt gün, ən yadda qalan hadisə olduğunu bildiriblər.
ƏLİHÜSEYN ŞÜKÜROV
Bütün xəbərlər Facebook səhifəmizdə