Hər il 20 sentyabr Azərbaycanda "Neftçilər Günü" peşə bayramı kimi qeyd olunur. Azərbaycan Prezidentinin 16 avqust 2001-ci il tarixli Fərmanı ilə 20 sentyabr Azərbaycanda "Neftçilər Günü"nün peşə bayramı kimi qeyd edilməsi rəsmiləşdirilib. 18 sentyabr tarixində Xəzər rayonunda “Əsrin müqaviləsi”nin imzalanmasının 29-cu ildönümü və neft-qaz sənayesi işçilərinin peşə bayramı - “Neftçilər Günü” münasibətilə tədbir keçirilib. İlk öncə Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin deputatları Rauf Əliyev və Aydın Hüseynov,”GL Ltd” MMC-nin Baş icraçı direktoru Asif Zeynalov,YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov şəhidlərin memorial abidəsini və müstəqil Azərbaycanın qurucusu, ölkəmizin yeni neft strategiyasının banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək Ulu Öndərin əziz xatirəsini dərin hörmətlə,ehtiramla yad ediblər.

“Neftçilər Günü”nə həsr olunan tədbir Azərbaycanın dövlət himni ilə açılaraq daha sonra ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş hərbiçilərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. “GL Ltd” MMC-nin rəhbəliyi ilə keçirilən “Neftçilər Günü” tədbirində iştirakçılar Ulu Öndər Heydər Əliyevin neft sənayesinin inkişafına göstərdiyi diqqət və qayğısını əks etdirən videoçarxla tanış olublar. 13 saylı Xəzər-Pirallahı seçki dairəsindən millət vəkili seçilən Rauf Əliyev neftçilərimizi əlamətdar gün münasibətilə təbrik edib və qara qızılın insan kapitalına çevrilməsini dövlətin başlıca proriteti olduğunu vurğulayıb.

Daha sonra Milli Məclisin deputatı Rauf Əliyev 29 il bundan öncə Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanan “Əsrin müqaviləsi”nin və uğurla reallaşdırılan milli neft strategiyasının ölkəmizin sosial-iqtisadi inkişafına,iqtisadiyyata irihəcmli investisiyaların cəlb olunmasına,beynəlxalq aləmdə nüfuzunun artmasına və dünya iqtisadiyyatına inteqrasiya prosesinin sürətlənməsinə xidmət etdiyini,həyata keçirilən neft-qaz layihələrinin Azərbaycanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı,tərəfdaşlarımızın etibarlı enerji təminatına da böyük töhfə verdiyini qeyd edib.

Milli Məclisin deputatı Rauf Əliyev “Əsrin müqaviləsi”nin tarixi əhəmiyyətindən bəhs edərək bu müqavilənin Ulu Öndər Heydər Əliyevin şəxsi nüfuzu,qətiyyətli mövqeyi və həmin dövrdə Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi danışıqlar prosesində iştirak edən İlham Əliyevin diplomatik məharəti nəticəsində imzalandığını vurğulayıb. Rauf Əliyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən enerji strategiyası
Azərbaycana böyük uğurlar qazandırır."Əsrin müqaviləsi" Azərbaycanın 20-ci əsrdə imzaladığı böyük bir müqavilədirsə,"Cənub Qaz Dəhlizi" 21-ci əsrin nəhəng razılaşmalarından biridir.

“Neftçilər Günü” münasibəti ilə Mili Məclisin üzvü Rauf Əliyev neft sənayesində işləyən bütün neftçiləri səmimi qəlbdən təbrik etdi.

Bütün xəbərlər Facebook səhifəmizdə