Şeyklə Uestom arasında olan əlaqələrə İrinadan münasibət

35 yaşlı rusiyalı model İrina Şeyk bir müddət əvvəl 44 yaşlı amerikalı reper, erməni Kim Kardaşyanın çoxsaylı ərlərindən biri Kane Uestomla eşq münasibətləri ilə bağlı “gəzən” şayiələrə münasibət bildirib.
Amma maraqlıdır ki, Şeykin verdiyi cavab elə də qaneedici olmayıb, yəni İrina bu şayiələri birbaşa nə təsdiq, nə də təkzib edib.

Xatırladaq ki, Kane Uestomla Kim Kardaşyan boşandıqlarını 2021 -ci ilin fevralında elan ediblər. Qeyd edək ki, cütlüyün evliliyi 7 il davam edib. Əslində bu onlar üçün az zaman deyil.

... Və artıq həmən ərəfədə İrina Şeyklə Kane Uestom arasında mümkün bir əlaqə haqqında xəbərlər çıxmağa başladı.

...Xüsusilə cütlüyün Fransada tətildə olarkən çəkildikləri şəkillərin mediada peyda olmasına baxmayaraq, amma onlar hələ də özləri bu məlumatı təsdiqləməyiblər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə