Rəqsanə qızı ilə ərinin videosunu yaydı VİDEO

Müğənni Rəqsanə İsmayılova sosial şəbəkə hesabında təsirli paylaşım edib. SİA-nın məlumatına görə, sənətçi qızı ilə həyat yoldaşının “Babam” mahnısına rəqs edərkən lentə alınan videosunu paylaşaraq, yoldaşına yaxşı ata olduğu üçün minnətdarlıq edib:

“Övladlarıma arxa-dayaq olduğun üçün sənə o qədər borcluyam ki... Allah sənə can sağlığı versin. Hər zaman ailəmizin başında olasan. Özüm ata qayğısından çox uzaq olmuşam. Amma hər zaman atalı uşaqlara həsrətlə baxmışam. Çox şükür övladlarım sənin sayəndə bu qayğıdan məhrum olmadı. Allah heç bir övladı valideynsiz etməsin. Övladlarıma göstərdiyinin ürəyinin böyüklüyünü hər insan bacara bilməz. Balalarımın və mənim xoşbəxtliyimi birinci Allahıma, ikinci sənə borcluyam”.

Bütün xəbərlər Facebook səhifəmizdə