"44 gün müharibə ərəfəsində nələr gördüm"

Əməkdar artist Babək Niftəliyev verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, Kəlbəcərdən olan müğənni sevinc hisslərini bölüşüb: "Nə qədər yuxuda Qarabağı görərdik, muğamımızın içində bənzətmələr edərdik... Rayonlara gedəndə gözəl yer görən kimi Qarabağa oxşadırdıq.

Şəhidlərin önündə diz çökür, məzarını öpürük. Tarix yazdılar, qazilərə təşəkkür edirəm".

O, Kəlbəcərin ermənilər tərəfindən dağıdıldığını da bildirib: "Ermənilər Kəlbəcəri dağıdıb, talayıblar. 30 ildə Kəlbəcərdə heç nə qoymayıblar qalsın. Ağacları necə yandırırdılar. Bunlara ürək ağrısı ilə baxıram. Orada yaşayanda biz də həyətimizdə ağaclar əkmişdik. İndi onlar ağacları kəsib aparanda elə bilirdim qolumu kəsirdilər.

44 gün müharibə ərəfəsində orada oldum. Nələr gördüm... Amma şükür, bitdi... Bir vaxtlar insanlar körpə uşaqlarını sinəsinə basıb gəlib. Bizim körpəliyimiz olmadı. İndi həmin körpələr tank belində Kəlbəcəri, digər yerləri aldılar.

Hava çox şaxtalı, soyuqdur. Adam bir dəqiqə dayana bilmir. Amma bizim qardaşlar necə Vətəni qoruyurlar".

Bütün xəbərlər Facebook səhifəmizdə