“Maşın” realiti-şounu bu dəfə o tərk etdi FOTOLAR

“Maşın” realiti-şounun 15-ci sürəti olan “Xanımlar vs cənablar” buraxılışı baş tutub. SİA-nın məlumatına görə, iştirakçılar bu dəfə sms səsverməsinə aktrisa Tünzalə Əliyevanı çıxarıb. Toppuş bacı kimi tanınan sənətçi hədəf olaraq müğənni Talıb Taleni seçib: “Talıb mənim hədəfim deyildi. Mən hədəfimi hələ dəqiq bilmirdim. Deməli belə Talıb, hazırsan bu gün mənimlə oyuna? Oynayaq?”

T. Əliyeva həmçinin vaxtilə onun verilişində qonaq olmuş Faiq Ağayev, Brilliant Dadaşova kimi müğənnilərə müraciət edərək, səs istəyib.

Verilişin sonunda Tünzalənin lehinə 45.81, əlehinə isə 54.19 faiz səs verilib. Nəticədə aktrisa şounu tərk edib.


Bütün xəbərlər Facebook səhifəmizdə