Xoşqədəm Hidayətqızı: "Kimisə ləkələyib, ara vurmayın"

Teleaparıcı Xoşqədəm Hidayətqızının ANS TV-dən ayrılaraq digər kanalda qadınlarla bağlı bir verilişlə efirə qayıdacağı iddia edilib. SİA-nın verdiyi xəbərə görə, teleaparıcı sosial şəbəkədə bu məsələyə aydınlıq gətirib: "Mənim sevimli kanalım, ən çətin anımda yanımda olan, hər kəsin kanalı ANS-in şüarı necə də bizə yaxındır - Döyüş alnımıza yazılıb! Ay dostlar, vallah yazdığınızı oxumağa vaxtım yoxdur. Eşidirəm ki, həmişə məndən yazırsınız. Lütfən yazarkən yalan xəbər yazmayın və kimisə ləkələməyə çalışmayın. Çünki o insanlar əldə etdiklərini öz zəhmətləri ilə qazanıblar. Ona görə də zəhmətkeş insanlara haqq etdiklərı dəyəri veriblər. Nəinki mənim, kimsənin haqqını tapdalamayıblar. Allah onlardan razı olsun! Fitnə, fəsadla məşğul olub, kimisə ləkələməyə, ara vurmağa çalışan dostlarımıza da Allah hidayət etsin!".

Bütün xəbərlər Facebook səhifəmizdə