Şakira Bakı tamaşaçılarına səsləndi

Dünya şöhrətli müğənni Şakira oktyabrın 14-də Bakıda keçiriləcək konsertindən danışıb. SİA-nın məlumatına görə, bakılıları salamlayan müğənni hər kəsi "Baku Crystall Hall"un arenasına dəvət edib. Müğənni pərəstişkarlarına tezliklə görüşəcəklərini video vasitəsilə söyləyib.

Qeyd edək ki, Şakiranın Bakıda olacaq konsertinin biletləri artıq iyunun 12-dən satışa çıxarılıb.

Qeyd edək ki, Şakira oktyabrın 13-də FIFA U-17 qadınlararası dünya çempionatı çərçivəsində Tofiq Bəhramov adına stadionda çıxış edəcək.

Onu da bildirək ki, müğənni Azərbaycana "Omnikoma Music Grup"un təşkilatçılığı ilə gəlir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...