İran təyyarəsi ilk dəfə Füzuli Beynəlxalq Hava Limanına eniş edib

İrandan Füzuli Beynəlxalq Hava Limanına ilk təyyarə reysi həyata keçirilib. SİA-nın məlumatına görə, bunu Azərbaycanın İrandakı səfiri Əli Əlizadə "Twitter" səhfsində yazıb.

İranın yol və şəhərsalma naziri Rüstəm Qaseminin rəhbərlik etdiyi nümayəndə heyətini daşıyan avialayner Füzuli hava limanına eniş edib. Nazir Rüstəm Qaseminin rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri birbaşa Azərbaycanın Füzuli şəhərindən başlayıb.

Nümayəndə heyətini Azərbaycan Baş nazirinin müavini, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi və digər rəsmi şəxslər qarşılayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə