Prezidentin Zəngilan səfəri zamanı verdiyi MESAJLAR - TƏHLİL

Ali Baş Komandanın, cənab Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərimizə, rayonlarmıza ardıcıl səfərləri, ölkə rəhbərinin bu səfərlər zamanı verdiyi mesajlar diqqət mərkəzindədir və istər ölkə, istərsə də dünya ictimaiyyəti tərəfindən maraqla qarşılanır, təkcə həmin ərazilər üçün deyil, ümumilikdı bölgə ilə bağlı mühüm məqamlar barədə nəticələr hasil edilir. Dövlət başçımızin hər dəfə səfər çərçivəsində ictimaiyyət nümayəndələri ilə görüşü zamanı söylədikləri mövcud reallıqları, Azərbaycanın yaratdığı reallıqları, ölkəmizin mövqeyini əks etdirir, strateji hədəflərdən xəbər verir və məhz bu baxımdan diqqət mərkəzində olması, maraqla qarşılanması təbiidir, anlaşılandır.

Hər zaman qeyd olunduğu kimi, cənab Prezidentin işğaldan azad edilən ərazilərə mütəmadi səfərləri, həmin ərazilərdə abadlıq işlərinə rəhbərlik və nəzarət etməsi, “Böyük Qayıdış” barədə əvvəla böyük bir mesajdır. Digər tərfdən, bu ondan xəbər verir ki, Azərbaycan xalqının bu torpaqlara qayıdışının ən tez zamanda reallaşdırılması diqqət mərkəzindədir və bu islər məhz dövlət başçısının rəhbərliyi, nəzarəti ilə davam etdirilir. Yəni, verilən mesaj ondan ibarətdir ki, işğaldan azad olunan ərazilərimizdə tarixi ədalətin bərqərar olunması ənənəsi davam etdirilir, ən vacibi isə, Azərbaycan xalqının milli maraqları qorunur və ifadə olunur. Nəzərə alsaq ki, proseslərə müdaxilə etmək, təsir etmək, ən azından bölgədəki proseslərdə iştirak etmək istəyən qüvvələr var, deməli, ölkə başçısının işğaldan azad olunan ərazilərimizə səfərləri zamanı verdiyi bu mesaj təkcə regional deyil, qlobal əhəmiyyətlidir. Ən böyük əhəmiyyəti də ondan ibarətdir ki, bu mesajlarla Azərbaycanın mövqeyinin ədalətli olması ilə yanaşı, həm də qəti olması, işğaldan azad olunan ərazilərdə Azərbaycan xalqının milli maraqlarının hər zaman qorunacağı, hansısa çirkin oyunlara bundan sonra heç bir şəkildə imkan verilməyəcəyi bildirilir.

Ölkə rəhbəri Zəngilan səfəri çərçivəsində də ictimaiyyət nümayəndələri ilə görüşüb, fikirlərini bölüşüb və bir sıra məqamları vurğulayıb, hansı ki, bu məqamlar əslində, çox böyük mesajlardır. Həmin mesajlar da hər zaman olduğu kimi, hədəfə ünvanlanıb və təkcə ermənilər deyil, bölgədə maraqlı olan qüvvələr üçün kifayət qədər təsirlidir. Çünki, artıq bölgəyə müdaxilə etmək istəyində, marağında olan qüvvələr, hər dəfə olduğu kimi, bu dəfə də cənab Prezidentin qətiyyətli olduğunun şahidi olurlar, işğaldan azad olunan ərazilərin əzəli və əbədi sahiblərinin yalnız azərbaycanlılar olduğunu qəbul etmək məcburiyyətində qalırlar və xam xəyallara düşmək arzusunun reallaşmasının mümkünsüzlüyünə bir daha əmin olurlar.

“İndi mən “Xoş gəlmisiniz” deyirəm, çünki mən sizi dəvət etmişəm ki, bu gözəl tarixi birlikdə burada qeyd edək, amma bundan sonra mən Zəngilana gələndə zəngilanlılar “Xoş gəlmisiniz” deyəcəklər”, deyən cənab Prezident qətiyyətlə vurğulayır ki, işğaldan azad edilən bu ərazilərdə zəngilanlılar məskunlaşacaq, özü də tez bir zamanda. Bəli, tez bir zamanda, çünki, cənab Prezident vurğulayır ki, bundan sonra onun Zəngilana səfəri zamanı bu rayonda artıq zəngilanlılar məskunlaşmş olacaqlar. Hətta, ölkə rəhbəri qeyd edir ki, çalışacağıq ki, gələn ilin əvvəli, bəlkə də bu ilin sonu zəngilanlıları Zəngilana köçürməyə başlayaq. Bu isə öz növbəsində daha bir mesajdır və “Böyük Qayıdış”ın ən tez amanda reallaşacağı anonsudur.

Dövlət başçısı Zəngilanda ictimaiyyət nümayəndələri ilə görüşü zamanı xatırladır ki, mənfur düşmən demək olar ki, bütün binaları dağıdıb və köhnə Zəngilandan bir şey qalmayıb. Qeyd olunur ki, Oxçuçayı ermənilər elə bir günə qoyublar ki, bu çay artıq təbii fəlakət zonasıdır, oradan götürülən analizlər göstərir ki, zəhərli maddələrin həcmi normadan bəlkə də 10 dəfə, 20 dəfə artıqdır. Bu isə o deməkdir ki, ermənilər bu ərazilərdə yalnız vandallıqla məşğul olublar bu 30 ilə yaxın müddətdə və heç zaman onlar bu torpaqları özlərininki hesab etməyiblər. Yəni, əslində status məsələsini gündəmə gətirmək istəyənlər üçün bu bir mesajdır ki, burada statusdan söhbət belə gedə bilməz. Cənab Prezident onu da diqqətə çatdırır ki, ermənilərin bütün binaları dağıtmaqda məqsədləri o olub ki, biz buraya qayıtmayaq, amma buna baxmayaraq biz buradayıq, Zəngilanı da yenidən, həm də özümüz qururuq və deməli, bu ərazilər bizim üçün doğmadır, bu ərazilərin sahibləri bizik, hansıki, bu da çox önəmli bir mesajdır.

Vejnəli qızıl yatağının da ermənilər tərəfindən, özü də xarici şirkətlərlə birlikdə qanunsuz olaraq istismar etdiklərini, həmin xarici şirkətlərin belə məhkəməyə verilməsi prosesinə start verildiyini diqqətə çatdıran cənab Prezident onların bu işdən boyun qaçırmaq cəhdlərinin imkansızdır olduğunu da vurğulayıb. Bununla da çox böyük anlamda mesaj verilib ki, Ermənistan başqa ölkənin ərazisində qanunsuz işlər görüb, buradan qızılı qanunsuz olaraq daşıyıb, dünya bazarlarında satıb və bu fakt özü də qanunsuzluğun növbəti bir təzahürüdür. “Biz onlarla əlbir olanları da məsuliyyətə cəlb edəcəyik və beynəlxalq hüquqşünasları da cəlb etdik”, deyən ölkə başçısı əslində beynəlxalq ictimaiyyətə informasiya, böyük bir mesaj verib ki, bu da ermənilərin, Ermənistanın hər zaman, ələlxüsus torpaqlarımızı işğal altında saxladıqları dövrdə qanunsuz əməllər törətdiyini bir daha isbatlayır. Bəli, cənab Prezidentin işğaldan azad edilmiş ərazilərə hər səfəri zamanı ermənilərin iç üçü, qanunsuzluq əməlləri ardıcıl şəkildə ifşa edilir, bu barədə dünya ictimaiyyəti məlumatlandırılır və Ermənistanın bir işğalçı, talançı dövlət olduğu sübuta yetirilir. Bu baxımdan, dövlət başçısının dedikləri tarixi həqiqətlər, faktlar və reallıqlar əslində, ermənilərin özlərinin, yalanlarının mahiyyətini ortaya qoyur, mənfur əməllərini təsdiq edir və bu gün ermənilərin təbliğat maşınını sıradan çıxarır ki, bu da əlbəttə ki, milli maraqlarımız naminədir.

Bəli, ölkə başçısının da qeyd etdiyi kimi, xalqımız işğal dövründə əyilmədi, vəziyyətlə barışmadı, öz doğma torpaqlarını unutmadı. Bu isə o deməkdir ki, bundan sonra, bir qalib ölkə, xalq olaraq kimlərinsə çirkin niyyəti, istək və arzuları ilə heç barışılmayacaq. Artıq ordumuzu da, iqtisadiyyatımızı da gücləndirmişiksə, beynəlxalq mövqelərimizi genişləndirmişiksə və istədiyimizə, tarixi ədalətə nail olmuşuqsa, deməli, bundan sonra ermənilər torpaq iddiaları, yaxud status barədə arzularını yatıb yuxularında belə görə bilməyəcəklər. Əksinə, Azərbaycanın uğurlarını, nailiyyətlərini, Qarabağın günü-gündən abadlaşdırılmasını, vətəndaşlarımızın öz doöma yurd-yuvalarında ən tez amanda məskunlaşmasını, “Böyük Qayıdış” lahiyyəsinin sürətlə gerçəkləşdiyini görən və buna görə də arzuları ürəklərində qalan mənfur ermənilərin yuxuları hələ bundan sonra da ərşə çəkiləcək. İşğaldan azad edilən ərazilərimizdə bir-birinin ardınca beynəlxalq hava limanları istifadəyə verildikcə, Zəngilan ölkəmizin nəqliyyat-logistika mərkəzinə çevrildikcə, Zəngəzur dəhlizi işə başladıqca, dəmir yolu, Horadiz-Ağbənd avtomobil yolu salındıqca ermənilər böyük ağrı ilə reallıqları daha dərindən dərk və qəbul etmək məcburiyyətində qalacaqlar, necə ki, birinci mərhələdə Ermənistan tərəfi müqavimət göstərsə də, indi artıq bununla razılaşdığnı gizlətmir, açıq şəkildə etiraf edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə