"Söz verdik amma bacarmadıq" - PAŞİNYAN

Ermənistanda uzun illərdir Silahlı Qüvvələr və ordu siyasiləşmiş, siyasətə qarışmış və bu, Silahlı Qüvvələrin ən böyük probleminə çevrilmişdir. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri baş nazir Nikol Paşinyan Mülki Müqavilə Partiyasının Aparandakı ofisində tərəfdarları ilə görüşü zamanı söyləyib.

“Son vaxtlara qədər Silahlı Qüvvələri siyasi prosesə cəlb etməyə çalışan insanlar var idi. Açıq şəkildə deyirəm ki, ordunun siyasətlə heç bir əlaqəsi olmamalıdır. Bu gün Silahlı Qüvvələrdə islahatların aparılmasına ciddi ehtiyacla qarşılaşırıq”, deyə Nikol Paşinyan bildirib.

Paşinyana görə, hakim qüvvənin 2019-cu ildə aldığı etimad mandatı müharibədəki məğlubiyyət səbəbindən zəifləyib.

“Mandatımızı gücləndirmək istəyirik. Əgər istəyiniz məxməri bitirməkdirsə, seçkiyə gedin və bizə bu səlahiyyəti verin, biz yenə bunu edəcəyimizə söz veririk. Buna bir neçə ay əvvəl söz vermişdik amma edə bilmədik, çünki müharibə zamanı zəiflədik, insanların yanımızda olmadığından şübhələndik”, deyə Paşinyan əlavə edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə