Rusiyada etirazlar: 3 mindən çox mitinqçi həbs edilib - FOTOLAR - VİDEO

Pandemiya ilə əlaqədar bütün dünyada, o cümlədən şimal qonşumuzda kütləvi toplantıların keçirilməsinə tətbiq olunan qadağalara baxmayaraq Kalininqraddan Vladivostoka qədər Rusiyanın 111 şəhərində Aleksey Navalnının həbsinə etiraz əlaməti olaraq mitinqlər keçirilib. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, polis aksiyalar zamanı 3 mindən çox etirazçını həbs edib.

Xəbərdə deyilir ki, şənbə günü Moskvanın Puşkin meydanına ən azı 15 min etirazçı toplaşıb. Polis aksiyanın əvvəlində kifayət qədər nəzakətli davranıb. Bir neçə saatdan sonra OMON aksiya iştirakçılarına qarşı daha sərt davranıb, qarşısına keçəni vurmağa, həbs etməyə başlayıb. Mitinq iştirakçıları da qarşılıq veriblər.

Rusiya Daxili İşlər Nazirliyindən verilən açıqlamada bildirilib ki, polis əməkdaşlarına qarşı hücum edənlər haqqında cinayət işi açılıb.

A.Navalnının xarici ölkələrin birində olan əqidə yoldaşı Leonid Volkov mediaya aşıqlamasında bildirib ki, etiraz aksiyaları məqsədə çatılana qədər davam etdiriləcək.

SİA Moskvada keçirilən etiraz aksiyalarının fotolarını təqdim edir:

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...