“İlham Əliyevə yalvarmağa hazırıq” İtkin erməni əsgər valideyinləri

"Uşaqları, övladları üçün insanlar hər şeyə hazırdırlar ...". SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, itkin düşən erməni əsgərlərinin valideyinləri, yaxınları öz övladlarının tapılması istiqamətində Ermənistan hakimiyyətinin maraqsız olduğunu bildirirlər.
Məlumatda qeyd olunur ki, itkin düşən əsgərlərin valideyinləri, onların yaxın qohumları onların tapılması üçün yalvarmağa da hazır olduqlarını bildiriblər.
Bildirilir ki, təkcə Eçmiədzin hərbi hissəsinin 34 hərbçisi itkin düşüb.
"40 gündən çoxdur ki, oğlum haqqında məlumatım yoxdur. Dünən əlaqə qurmağa çalışdım, amma mümkün olmadı. Hara getsək də, Ermənistanın hökumət nümayəndələri bizi qarşılamağa çıxmır, görüşmək istəmirlər", deyə itkin əsgərin atası şikayətlənib.
"Bir sual verirsən, cavabları yoxdur və dövlətin birinci şəxsi də üzünə baxır. Putindən, Trampdan və ya Baydendən kömək istəyirik. Artıq İlham Əliyevə də yalvarmağa hazırıq. Övladları itkin düşənlərin valideyinləri nə etməlidirlər? Seçimləri yoxdur. İnsanlar öz övladları naminə hər şeyə hazırdır", deyə itkin düşmüş başqa bir əsgərin qohumu bildirib.
Xatırladaq ki, itkin düşmüş hərbçilərin valideynləri bu gün Eçmiədzin hərbi hissəsinin qarşısına toplaşaraq övladlarının geri qaytarılmasını tələb ediblər. Sonra Rusiya tərəfindən kömək istəmək üçün Rusiyanın Ermənistandakı səfirliyinin binasına gediblər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...