“Ermənilər çirkin hərəkətlərinin acısını yaşayırlar” ÖZƏL-MÜNASİBƏT

“Düşmən Kəlbəcəri də tərk etdi. Daha bir rayon da erməni işğalçılarından təmizləndi. Əlbəttə ki, bu Azərbaycan Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin, rəşafətli ordumuzun qətiyyətinin, cəsarətinin ifadəsidir.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komissiyasının sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri qeyd edib ki, erməni faşistləri torpaqlarımızı canları çıxa-çıxa, inləyə-inləyə tərk edirlər, ancaq yenə də mənfur niyyətlərindən əl çəkmirlər, yandırırlar, dağıdırlar, məhv edirlər. “Bu dağıdıcılıq, vəhşilik ermənilərin təbiətindədir, əxlaqındadır, genindədir. Sözsüz ki, bu barbar xüsusiyyətlər onlara tarixən baha başa gəlib və bu gün də ermənilər törətdikləri hadisələrin, etdikləri çirkin hərəkətlərin acısını yaşayırlar, it kimi torpaqlarımızdan qovulurlar. Qovulduqları halda belə, etdikləri cinayətlərə baxmayaraq, əsgərlərimizin qayğısını görürlər. Köçməkdə onlara kömək edilir, əl uzadılır. Bax, budur Azərbaycan xalqının xisləti, insanpərvərliyi. Biz düşmənimizə də çətin gündə kömək dururuq, öldürmürük, başını kəsmirik, dərisini soymuruq və bundan zövq almırıq. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev dəfələrlə dünyaya bəyan etmişdir ki, biz erməni xalqına qarşı deyil, torpaqlarımızı işğal edən erməni terrorçularına, separatçılarına qarşı mübarizə aparırıq. Azərbaycan vətəndaşı olan hər bir erməni qanunlaraq əməl etməklə, bizimlə birgə yaşaya bilər. Bu sözlərin həqiqiliyini Azərbaycanda yaşayan minlərlə erməni əsilli təsdiq edə bilər və sözsüz ki, torpaqlarımız işğaldan tam azad olunduqdan sonra ermənilər öz millətçilik ideologiyasından, təcavüzkarlıq siyasətindən əl çəkslər, kindən, küdurətdən uzaq olsalar, daimi olaraq biz bir yerdə yaşaya bilərik. Azərbaycan xalqı həmişə bu müqəddəs məqsədlə yaşayıb və bu gün də sülhün, əminamanlığın, mehriban qonşuluğun tərəfdarıdır. Bunu bizə bəşəri dəyərlər, insanlıq və tanrıya məhəbbətimiz deyir”, deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə